"Hər bir şəhid ailəsinə kart veriləcək” - "Artıq bəzi itkin düşən şəxslər var ki, onların şəhidliyi təsdiq olunub"

img

08-01-2021 [12:53]


"“YAŞAT kart”la bağlı layihə düşünürük. Hər bir ailəyə bu kart veriləcək”.

Mia.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin kart ictimai iaşə obyektlərində və digər yerlərdə istifadə oluna biləcək: “Həmin kart vasitəsilə müəyyən güzəştlər tətbiq olunacaq”.

Ülvi Mehdiyev onu da deyib ki, artıq bəzi itkin düşən şəxslər var ki, onların şəhidliyi təsdiq olunub:

"Digər itkin düşmüş şəxslərin isə sağ-salamat gəlməyini arzu edirik. Ancaq itkin düşmüş şəxslər arasında şəhidliyi təsdiq olunan şəxlsər də olarsa, "YAŞAT" Fondu tərəfindən onlara baş çəkiləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA