Daha iki şəhidimiz dəfn olunub

img

07-01-2021 [23:01]


Qusar rayonundan olan və iki aydır axtarılan hərbiçilərin şəhid olma xəbəri gəlib.

Məlumata görə, 44 günlük Vətən Müharibəsində itkin kimi axtarışda olan hərbi qulluqçuların şəhid olduğu məlum olub.

Belə ki, Ramazanov Rail Arif oğlu rayonun Hil, Şahbazov Sərvan Əliməhəmməd oğlu isə Gündüzqala kəndinin sakinidirlər.

Şəhidlərin cənazəsi bu gün rayon ictimaiyyətinin nümayəndələri və sakinləri tərəfindən izdihamla qarşılanıb və dəfn edilib/Report.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA