Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni sədr təyin olundu - Emin Əmrullayev sədr müavininə yüksək vəzifə verdi

img

07-01-2021 [19:33]


Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni sədr təyin edilib.

Bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Eldar Orucov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.

O, bu təyinata qədər Agentliyin İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.

Qeyd edək ki, E.Orucov 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bitirib. O, 2009-2016-cı illərdə ölkənin aparıcı banklarında rəhbər vəzifələrdə çalışıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA