"Sumqayıt"ın baş məşqçisi koronavirusa yoluxub

img

07-01-2021 [11:44]


"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov hələ də komanda ilə məşqlərə qatıla bilmir.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, 40 yaşlı mütəxəssis dünənə kimi hazırlıq proseslərinə qoşulmayıb.

Bildirilib ki, koronavirus testinin nəticəsi mənfi çıxsa da, Abbasov xəstəliyi ağır keçirir.

Qeyd edək ki, Ayxan Abbasov dekabrın 23-də xəstələnib. O, həmin tarixdən sonra test verməyib. Komandanı məşqlərə köməkçi məşqçi Elnur Çodarov çıxarır.


Digər xəbərlər
SON XƏBƏRLƏR