Təhsil İnstitutuna yeni direktor göndərildi - Emin Əmrullayevdən yeni təyinat + FOTO

img

07-01-2021 [11:28]


Təhsil Nazirliyinin tabeliyindəki Təhsil İnstitutuna yeni direktor təyin edilib.

Mia.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb.

Bildirilib ki, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Rüfət Əzizov Təhsil İnstitutunun direktoru təyin olunub.

Təhsil naziri E.Əmrullayev bu gün R.Əzizovu institutun kollektivinə təqdim edəcək.

Qeyd edək ki, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. R.Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA