Nazirlik 2061 müəllimlə müddətsiz müqavilə bağlayacaq

img

06-01-2021 [18:34]


Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, 14-24 dekabr tarixlərində keçirilən müsahibələrdə ümumilikdə 2197 nəfər iştirak edib.

Onlardan 2061 namizəd uğur qazanaraq müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı əldə edib.

Qeyd edək ki, cari onlayn müsahibələr müsabiqənin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq edilən vakansiyalara işə qəbul olunmuş namizədlər üçün həyata keçirilib. Müddətli müqavilə əsasında çalışan digər şəxslər üçün növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA