Bakıda ictimai nəqliyyatda gediş haqları qalxacaq? - Açıqlama

img

06-01-2021 [16:23]


Bakı Nəqliyyat Agentliyi (BNA) Tarif (Qiymət) Şurasının qərarı ilə ölkədə yanacağın qiymətinin artırılmasından sonra sərnişin avtobuslarında da gediş haqqının artırılması ehtimalına münasibət bildirib.

Bu barədə Agentliyin mətbuat katibi Mais Ağayev açıqlama verib.

O, bir daha bildirib ki, BNA paytaxtda müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib və bu məsələ hazırda gündəmdə deyil: "Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA