COVİD 19, ictimai nəqliyyat, "Azərenerji"nin sarı rəngli, "Azəriqaz"ın isə qapısı olmayan qutuları... - FOTOLAR

img

06-01-2021 [18:58]


Son 9 ayda dunyanı cənginə alan COVİD 19 pandemiyası Azərbaycana da öz təsirini göstərib. 

Xəstəliyə yoluxanlarin və dunyasını dəyişənlərin sayı xeyli artıb. Əlbəttə, bunun qarşısını almaq üçün dövlətimiz tərəfindən profilaktik tədbirlər görülür, modul xəstəxanalar tikilir, pulsuz testlər edilir. Lakin bu tədbirlər bəzən işini bilməyən, xalqa və öz işinə biganə yanaşan, yaxud səxsi mənfəəti hissi ilə alışan insanlara həvalə olunur. Bax, bu, cəmiyyət  üçün əsl təhlükə yaradır. 

Məsələn, götürək ictimai nəqliyyatı. 

COVİD-lə mubarizə qərargahının tövsiyəsi ilə metro bağlandı və əvəzində metro stansiyalarını biri-birinə bağlayan avtobus marsurutları açılıdı. Deyə bilərsiniz ki, bu, gözəl addimdir, amma...

Bu işin bir əmmasi olmasaydı. Yerüstü nəqliyyatın gediş qrafikinin duz qurulmaması, avtobuslarda metrodakından bir necə dəfə cox sıxlıq yaradıb. Bir yandan əhalini maska, əlcək taxmaga cağırırıq, maska taxmayanları cərimə edirik, amma nədənsə nə polis, nə basqa dövlət orqanları sərnişinləri biri – birinin belində getməyə məcbur edən nəqliyyat sirkətlərini cərimə etməyə tələsmir. Bu, hələ təhlükənin bir hissəsidir. 

Və yaxud ilk baxışdan kiçik görünən, ancaq mahiyyətçə böyük problemlərə yol açan problemlərə baxaq.

Son bir necə ildə bir-birinin ardınca "Azərenerji"yə məxsus yüksəkgərginlikli transformatorların qapısı açıq oldugundan xeyli uşaq xəsarət alıb. Məhz bundan sonra "Azərenerji" axır ki, öz tranformatorlarını dəmir qəfəsə alib, ora kənar insanların daxil olmasını əngəlləyib. 

Bəs "Azəriqaz"? 

Yol kənarında bəzən heç qapısı belə olmayan sarı rəngli tənzimləyicilərini, yəqin ki, hamı görür. İstənilən səxs o qutuları açıb bir neçə saniyəlik olsa belə, qazı qapada və ya aça, həmçinin qazın təzyiqini qaldıra bilər...

Uzaq olsun, bu, böyük faciələrə yol açmzmı?

Əhməd RƏHMANOV

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA