Bakıda qəzada ölən şəxsin kimliyi məlum oldu

img

06-01-2021 [12:57]


Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, yanvarın 5-i saat 9 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini E.Qasımov idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən UAZ markalı avtomobilə vurub.

Nəticədə E.Qasımovun sərnişini olan qardaşı hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, UAZ markalı avtomobil Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsusdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA