Dövlət Komissiyası: “Hazırda iki azərbaycanlı mülki şəxs erməni girovluğundadır”

img

05-01-2021 [19:04]


“Hazırda Azərbaycanın iki mülki şəxsi erməni girovluğundadır”.

Bunu Azərbaycanın Ermənistan tərəfdə saxlanılan mülki şəxsləri ilə bağlı sualına cavabında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

O qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi həmin iki mülki şəxsə baş çəkib: “Onlarla bağlı hazırda iş gedir. Həmin iki nəfər 27 sentyabrdan əvvəl - biri ötən ilin aprel, digəri isə iyun ayında girov götürülüb”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA