Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn Bacararsan.az platforması ilk tədbirini keçirib

img

05-01-2021 [17:03]


Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn Bacararsan.az platforması iilk təşəbbüsünü həyata keçirib

Bu barədə Mia.az-a veirlən məlumata görə, proqramlaşdırma sahəsinə başlamaq istəyən 100-ə yaxın fiziki məhdudiyyətli gənclərin iştirakı ilə veb proqramlaşdırma mövzusunda informativ və motivasiyaedici silsilə xarakterli 7 vebinar baş tutub.

Samir Kərimov, Vahid Qasımov kimi peşəkarlar proqramlaşdırma sahəsində spikerlik edib,

Nuriyyə Ruslanovanın 4 sessiyalıq praktiki kursu həyata keçib. Və Orxan Fərmanlı freelancerlik mövzusunda çıxış edib.

 

Baş tutan bütün vebinarlar Bacararsan.az saytına yüklənmişdir, beləliklə istənilən şəxs hər zaman videoları izləyib bu sahədə təmənnasız resurs kimi yararlana bilər.  İştirakçıların müsbət geri bildirimləri platformanın növbəti təşəbbüsləri üçün böyük stimul olub.

Platformın əsas məqsədi xüsusilə fiziki məhdudiyyətli insanların veb proqramlaşdırma sahəsində maariflənməsini təmin etməklə inklüziv öyrənmə prosesinə töhfə verə bilməkdir. Vebinarlarda tipik şəxslərlə yanaşı xeyli sayda fiziki məhdudiyyətli insanların iştirakı nəticəsində layihə öz missiyasını uğurla tamamlamışdır.

"Veb proqramçı olmağa heç bir əngəl yoxdur" devizi ilə çıxış edən Bacararsan.az platforması bundan sonra isə davamlı yeni təşəbbüslərlə çıxış edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA