Zəngilanın Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb

img

05-01-2021 [16:55]


Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.

APA-nın məlumatına görə, zastavanın açılışında DSX-nın rəis müavinləri İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.

Qeyd olunub ki, Vətən müharibəsi başladığı ilk günlərdən Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonundakı təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük ərazi işğaldan azad edilib, o cümlədən 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücumla düşmənə ağır zərbə endirilib.

Sərhədçilər yaradılmış şəraitə, diqqət və qayğıya görə Prezident İlham Əliyeva təşəkkür ediblər.

Sonda mərasim iştirakçıları sərhəd zastavası ilə tanış olublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA