Yanacağın bahalaşması: "Fermerlərin aldığı güzəşrtli kreditlər bu xərcləri ödəyə bilməyəcək" - "Hökumətin yanaşmasında məntiqsizlik var"
05-01-2021 [12:59]
"Dizel yanacağın qiymətinin birdən- birə 33% qaldırılması və aqrar sahəyə kompensasiya nəzərdə tutulmaması məntiqsiz və anlaşılmazdır".
Mia.az xəbər verir ki, bu sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti.Osman Gündüz deyib.
O bildirib ki, son zamanlar kənd təsərrüfatı sahəsi prioritet elan edilib:
"Yenicə subsidiyalar sistemi işə salınıb. Prezidentin bu sahənin inkişafı ilə bağlı xüsusi təşəbbüsləri, çağırışları olub. Özüm də son dövrlərdə bu çağırışlarla əlaqəli həm də yekunda smart bağ yaradılması məqsədilə intensiv bağçılıqla da məşğul oluram. Dediyim odur ki, bir neçə ildir ki, həm də bu proseslərin içərisindəyəm. Birmənalı olaraq deyə bilərəm ki, KTN sahəsi dizelin üstündə "oturub". Rəqəmsal biznes üçün internet nədirsə aqrar sahə üçün də dizel həmin rolu oynayır. Amma Tarif Şurası qəflətən aqrar sahənin əsas təminatı olan dizelin qiymətini 33% qaldırıb. Və qəribədir ki , kompensasiya nəzərdə tutulmayıb. Bu isə fermerlərin xərclərini kifayət qəfər qaldıracaq. Fermerlərin aldığı güzəşrtli kreditlər bu xərcləri ödəyə bilməyəcək".
Ekspert bildirib ki, əgər aqrar sahə üçün kompensasiya olmayacaqsa, son zamanlar dirçəlməyə başlayan bu sahəninin inkişafı ləngiyəcək və şübhəsiz ki, tənəzzül qaçılmaz olacaq: "Nəticədə kənd təsərrüfatı məhsulların qiyməti də qalxacaq. Yeri gəlmişkən, bu qiymət artımları ilə bağlı hökumətin yanaşmasında da məntiqsizlik var.
Dizel yanacağın qiymət artımını hökumət ekologiya ilə əlaqələndirir. Həm də, neft resursları olmayan ölkələrin uyğun qiymətlərinin müqayisəsi də, düşünürəm ki, məntiqli və uğurlu bir yanaşma deyil.
Əgər ekologiya faktoru varsa, onda bəs nə üçün həm hibrid, həm də elektromobillər üçün gömrük rüsumları tətbiq edilir, bu sahənin inkişafına subsidiyalar ayrılmır?".
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"