Ermənilər Azərbaycana təhvil verəcəyi 12 evə od vurdu

img

05-01-2021 [11:08]


Ermənistanın Syünik vilayətinin Şurnux kəndində 12 ev bu gün Azərbaycana təhvil verilməlidir.

Mia.az APA-ya istinadla xəbər verir ki, Azərbaycanın ermənilərə verdiyi vaxt bu gün başa çatır.

“news.am” saytının yaydığı məlumata görə, artıq ermənilər evlərə od vurublar. 

Qeyd edək ki, ermənilərin çıxarıldığı 12 evin sahəsi Azərbaycanın Qubadlı rayonunun ərazisidir. Ermənilər 1993-cü ildə Qubadlını işğal etdikdən sonra həmin əraziləri Şurnuxun ərazisinə qatıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA