Dövlət Agentliyinə məxsus avtomobili aşdı: yaralananlar var

img

05-01-2021 [10:16]


Bakıda yol qəzası baş verib.

Hadisə Binəqədi rayonu ərazisində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, minik avtomobili ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus UAZ markalı yük avtomobili toqqoşub. Nəticədə yük maşını aşıb, avtomobildə olan şəxslər xəsarət alıb. Hər iki maşına isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR