Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

img

05-01-2021 [00:03]


Qoç - əhəmiyyətli və genişmiqyaslı işlər üçün əlverişli gün deyil. Mühüm məsələlərin çözümünü, önəmli qərarların qəbul olunmasını təxirə salın. Cari işlərlə məşğul olun, pozitiv emosiyalar almağa çalışın.

Buğa - yeni tanışlıqlar, prioriet və məqsədlərin dəyişməsi istisna deyil. Bu gün başlayan münasibətlər sürətlə inkişaf edəcək.

Əkizlər - maliyyə çətinlikləri yaşana bilər. Alış-veriş zamanı bədxərclik etməyin. Uzunmüddətli səyahətə və ya səfərə yollanmaq məsləhət deyil.

Xərçəng -  yaxşı gündür. Problemlərin sayı azdır və siz onların öhdəsindən gələ biləcəksiniz. İdeyalarınızı ətrafınızdakı insanlarla bölüşün. Onlarda xoş təəssürat yaradacaqsınız.

Şir - potensial iş yerinin sahibi və sifarişçi ilə görüş uğurlu alınacaq. Yaxınlarınızdan biri yaxşı məsləhət verəcək. Ev işləri və ailə qayğılarını qulaqardına vurmayın.

Qız - yaşlı qohumlar sizi dinləməyə hazırdır. Alış-veriş üçün yaxşı gündür.

Tərəzi - asan qələbələr günüdür. Şəraitin uğurlu məcrasından yararlanaraq gərəkli anda gərəkli yerdə olun. Sizə yardım edəcək insanları tapın.

Əqrəb - bu gün yaranan ideyalar pis deyil. Onlar gərəkli formada reallaşarsa, sizi irəli apara bilər.

Oxatan - yeni tanışlıqlar və romantik münasibətlərə başlamaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarda xoş təəssürat yaradın. İmicdə dəyişikliklər etmək olar. İstənilən tədbirdə diqqət mərkəzində olmağa çalışın.

Oğlaq - irəliləyin, kiçik problemlər və maneələrə rəğmən, məqsədlərə doğru hərəkət edin. Potensial tərəfdaşla görüş, planların müzakirəsi və peşəkar fəaliyyət müstəvisindəki hədəflərin müzakirəsi üçün əlverişli zamandır.

Dolça - sövdələşmə və anlaşmalar uğurlu olacaq. Səfər və səyahətlər yaxşı nəticə vəd edir.

Balıqlar - yaxınlarınızla münasibətlərdə problemlər yarana bilər. Lakin bütün bunlar ciddi münaqişəyə səbəb olmayacaq. Sözlərinizdə sərt, aqressiv olmayın. Hissləriniz barədə açıq danışın.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA