İsmayıllıda dövlət qurumlarına təyinatlar olub

img

31-12-2020 [16:49]


İsmayıllıda dövlət qurumlarına təyinatlar olub.

Rayon İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, rayonda fəaliyyət göstərən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsinə Akif Məmmədov, DSMF Publik Hüquqi şəxsin 14 saylı regional ərazi filialının İsmayıllı rayon qəbul şöbəsinin müdiri vəzifəsinə isə Eyyub Musayev təyinat alıb.

Bundan əlavə İnzibati Ərazi Dairələrində vakant olan nümayəndənin müavini və baş məsləhətçi-baş mühasib vəzifələri RİH başçısının əmri ilə gənc kadrlara etimad olunub. Aslan Rüstəmov  RİH başçısının Talıstan İƏD üzrə nümayəndəsinin müavini, Azad Qubatov isə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi həmçinin,  Xoşqədəm Hacıbalazadə Təzəkənd və Elçin Balayev Keyvəndi İƏD üzrə nümayəndəlikdə baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA