Yapon həkim: "COVID-19 virusunu keçirənlərdə daha sonra ağır fəsadlar yarana bilər"

img

31-12-2020 [13:58]


"COVID-19 virusunu yüngül formada, yaxud əlamətsiz keçirənlərdə daha sonra ağır fəsadlar yarana bilər".

Bu barədə Tokioda özəl klinika rəhbəri Koiçi Hirahata bildirib.

Onun sözlərinə görə, müşahidə etdikləri fəsadlarla üzləşən 378 xəstənin 80 faizindən çoxu 40-50 yaşadək, yəni adətən koronavirusu daha yüngül keçirdiyi hesab olunan yaşdadır. Lakin həmin xəstələr, xüsusilə də koronavirusu əlamətsiz keçirənlər sonra daha ağır fəsadlarla üzləşir.

Belə xəstələr adətən daha çox təqatsizlik, psixoloji düşkünlük, baş və bədən ağrıları, tənginəfəslik, ürək döyüntüsü, yuxusuzluq, iştahasızlıq, iy və dad hissinin yox olması, saç tökülməsi, şüurun tutulması kimi əlamətlərdən əziyyət çəkir.

Ekspert bu kimi fəsadlarının adətən xəstəlikdən dərhal sonra, ya da iki ay ərzində özünü göstərdiyini qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA