Bu hərbçilərin uşaqlarına müavinət veriləcək 

img

31-12-2020 [13:10]


Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Mia.az xəbər verir ki, sənədə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət veriləcək.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Bu qanun qüvvəyə minənədək “Sosial müavinətlər haqqında” qanuna əsasən, təyin edilmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinətlərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA