Azercell abunəçiləri üçün rəqəmsal kampaniyaya başlayıb

img

31-12-2020 [10:51]


Azercell abunəçiləri Yeni il ərəfəsində ən sevdikləri tətbiqlərdən internet xərclərini düşünmədən yararlanacaq!

Mia.az xəbər verir ki, ölkənin lider mobil operatoru bütün abunəçilərini qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib və 2021-ci ilin yanvar ayının 21-nə kimi “Bookmate Plus”, “Busuu”, “SberZvuk” və “NNTV” xidmətlərindən internet sərf etmədən istifadə imkanı yaradıb.

Xatırladaq ki, ölkədə ən zəngin rəqəmsal məhsullar portfelinə sahib olan Azercell-in tətbiqlərinə abunə olmaq çox asandır.

Mütaliəni hər kəs üçün daha da əlçatan edən, Azərbaycan, türk, ingilis, rus və digər dillərdə dünya ədəbiyyatını oxumaq və audio versiyasını dinləmək üçün sərhədsiz imkanlar yaradan “Bookmate Plus” xidmətinə günlük qoşulmaq üçün smartfonun ekranında *511#yes, aylıq aktiv etmək üçün isə *533# yes komandasının yığılması kifayətdir.

Azercell xarici dilləri öyrənmək, dil biliklərini inkişaf etdirmək istəyən abunəçilərini də diqqət mərkəzində saxlayaraq “Busuu” xidmətini təqdim edir. “Busuu” xidmətini günlük aktiv etmək üçün telefonun ekranında *696#YES, aylıq paket üçün isə *969#yes yığılmalıdır.

Musiqi sevərlər isə şirkətin “SberZvuk” xidmətindən faydalana bilərlər. Ən son musiqi parçalarını telefonunuza daşıyan “SberZvuk” xidmətinə günlük abunə olmaq üçün *701#yes, aylıq abunəlik aktiv etmək üçün isə *707#yes komandası yığılmalıdır.

200-dən çox televiziya kanalını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı verən “NNTV” xidmətini günlük aktiv etmək üçün *401#yes, aylıq aktiv etmək üçün isə *430#yes smartfonun ekranında yığılmalıdır. Onu da qeyd edək ki, abunəçilərinin rahatlığını hər zaman düşünən Azercell, bu xidmət üçün xüsusi paketlər də təqdim edir. Ətraflı məlumat üçün http://https://www.azercell.com/az/personal/services/partner_services/mobiltv səhifəsinə keçid etməyiniz xahiş edilir.

Qeyd edək ki, Azercell-in Yeni il kampaniyasından yararlanmaq üçün abunəçinin xətti 2 tərəfli açıq və balansda minimum 1 azn vəsait olmalı, ən əsası isə internet xətti aktiv olmalıdır.

Kampaniya haqqında ətraflı məlumat əldə etmək üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/newyear/ səhifəsinə, Azercell-in rəqəmsal həlləri ilə tanış olmaq üçün http://ttps://www.azercell.com/az/personal/services/partner_services/ səhifəsinə keçid etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA