Bakıya sərnişin gətirən sürücü həbs edildi - FOTO

img

30-12-2020 [18:49]


Bakı şəhərində qeydiyyatda olmayan sərnişini paytaxta gətirən sürücü inzibati qaydada həbs edilib.

Mia.az DİN Mətbuat Xidmətinə istinadla xəbər verir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını kobud şəkildə pozaraq bölgələrdən paytaxta icazələri olmayan sərnişinlərin hərəkətinə şərait yaradan sürücülərə çox təəssüf ki, hələ də rast gəlinməkdədir.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Nizami Həsənov və sərnişini Elşən Əliyev saxlanılıblar. Araşdırma zamanı sürücünün paytaxt qeydiyyatında olmayan bu şəxsi Bakı-Ələt yolundakı karantin postundan kənar yolla keçirərək paytaxta gətirdiyi və hər iki şəxsin xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.

Saxlanılan şəxslər barəsində İnziabati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Məhkəmənin qərarı ilə həm sürücü, həm də sərnişin karantin qaydalarını pozduqları üçün 1 ay müddətində inzibati qaydada həbs ediliblər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA