Naxçıvanlı alimlərin Qarabağda turizm perspektivləri barədə Türkiyədə elmi məqaləsi dərc olunub
29-12-2020 [23:58]
Naxçıvanlı alimlərin işğal sonrası Qarabağda turizm perspektivləri barədə Türkiyədə elmi məqaləsi dərc olunub.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə Türkiyənin nüfuzlu Beynləxalq Turizm, İdarəetmə və İqtisadiyyat Jurnalı, IJTEBS-də “Naxçıvan” Universitetinin dosenti iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasovanın və İstanbul Universitetinin professoru Haluk Tanrıverdinin birgə həmmüəllifləri olduqları “Erməni işğalı sonrası Qarabağda turizmin inkişafı məsələləri” adlı elmi məqaləsi dərc olunub.
Məqalədə 2020-ci il 27 sentyabr tarixdə işğalçı Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən başladılan əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunan Qarabağ iqtisadiyyatının gələcək perspektivləri konteksində turizm məsələləri araşdırılmışdır. Bu mövzuda beynəlxalq jurnallarda dərc edilmiş ilk elmi əsər olan məqalədə Qarabağın keçmiş sovetlər dönəmində malik olduğu turizm potensialı, bu torpağın zəngin turizm ehtiyatları və işğala qədərki dövrdə Azərbaycan Respublikasında mövcud olmuş turizmin sənayesindəki payı göstərilib. Aparılmış araşdırmalar işğaldan sonrakı dövrdə Qarabağın turizm potensialının dövriyyəyə cəlb olunması üçün mövcud şəraitin və Azərbaycanın bu bölgəsinə olan yüksək turist marağından istifadə imkanlarının qiymətləndirilməsi baxımından diqqəti cəlb edir. Məqalədə göstərilib ki, uzun illər boyunca dünya turizmindən kənarda qalmış Qarabağa, onun mədəniyyət və turizm incisi Şuşa şəhərinə, Ağdam, Kəlbəcər və digər rayonlara turist qruplarının gəlməsi buradakı iqtisadi inkişafla bərabər işğalın vurduğu maddi və mənəvi zərərlərin, eləcə də infrastrukturun bərpasına töhfə verəcək, ermənilərin bundan sonrakı dövrdə hər hansı təxribatçı əməllərinə qarşı ən güclü humanitar sədd olacaq, əcnəbi turistlər erməni vandalizminin izlərini canlı olaraq görmək üçün ən yaxşı fürsət qazanacaqlar. Azərbaycanın Qarabağ bölgəsinin işğalı nəticəsində itirdiyi turizm gəlirlərinin gələcəkdə Ermənistan qarşısında çox ciddi maddi təzminat kimi ortaya qoyulması bu təcavüzkar dövlətin faşist siyasətinə qarşı ən tutarlı arqumentlərdən biri olması elmi məqalədə gəlinən nəticələrdəndir.
Sayğacda göstərici başqa, borc başqa... - Sakinə 495 manat artıq qazpulu yüklənib + VİDEO
Ağsuda ağır yol qəzası: dörd nəfər xəsarət alıb
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (VİDEO, FOTO) - Yenilənib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı