Kanadada yaşayan bir qrup soydaşımız 101 şəhid ailəsini himayəyə götürüb

img

29-12-2020 [18:21]


44 günlük Vətən müharibəsi dövründə Amerikanın və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən ordumuza, şəhid və qazi ailələrinə 332.640 manat, 188.416 ABŞ dolları və 118.782 Avro məbləğində (Cəmi: 900.073 manat) maddi dəstək göstərilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, vəsaitlər Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa olaraq çatdırılıb: "Maddi vəsaitlə yanaşı, soydaşlarımızın təşəbbüsü ilə ölkəmizə əsgərlərimiz üçün minlərlə isti geyimlər, ərzaq bağlamaları, tibbi avadanlıqlar da göndərilib. Kanadada yaşayan bir qrup soydaşımız isə 101 şəhid ailəsini himayəyə götürüb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA