Azərbaycanda neçə qadın nazir və nazir müavini vəzifəsində işləyir?

img

29-12-2020 [16:22]


Azərbaycanda dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində qadınların təmsilçiliyi ilə bağlı irəliləyişlər əldə olunub.

Bu, Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə təqdim ediləcək “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

2019-cu ilin statistikasına əsasən, icra hakimiyyəti orqanlarında 1 nəfər qadın nazir vəzifəsinə təyin edilib, nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib, 3 səfir və 1 konsul da qadındır.

Sənəddə qeyd edilib ki, əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cü ildə bu rəqəm 35 idisə, 2019-cu ildə bu göstərici 76 nəfərə çatıb.

Qeyd edək ki, qadın nazir Natavan Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziridir.

Xatırladaq ki, illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hazırlayıb. Məlumatı Milli Məclisdə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edəcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA