Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini koronavirusdan vəfat edib

img

29-12-2020 [14:21]


Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənov vəfat edib.

Məlumata görə, Musa Həsənov bir müddət əvvəl koronavirusa yoluxub və aparılan müalicə tədbirlərinə baxmayaraq, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, M. Həsənov uzun illər Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi işləyib. 2015-ci ildən Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini kimi fəaliyyət göstərib. 2019-cu il dekabrın 23-də keçirilən növbəti bələdiyyə seçkilərinin qalibi olub və 2020-ci il yanvarın 14-də təkrarən Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini seçilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA