Qarabağda cavabsız suallar yaradan sülhməramlılar...
28-12-2020 [17:09]
Şahin CƏFƏRLİ
politoloq
***
Bu ideya Azərbaycanda çox populyardır və 10 noyabrdan bəri sürəkli gündəmdədir. İnsanlarımız səbirsizliklə mehmetciklərin Qarabağa gəlişini gözləyir və bunu istəyir.
Niyə?
Çünki Qarabağdakı Rusiya sülhməramlılarına (ümumilikdə Rusiyanın siyasətinə) etimadsızlıq var və azərbaycanlılar düşünür ki, rusların bizim maraqlarımıza zidd əməllərinin, onların fəaliyyətindən qaynaqlanacaq təhlükələrin qarşısını Türkiyə əsgərlərini oraya yerləşdirməklə ala bilərik. Etimadsızlıq və narahatlıq şübhəsiz ki, haqlı səbəblərə əsaslanır, amma çözüm kimi arzu edilən yolun riskləri də var və biz bunu da anlamalıyıq. Sülhməramlı əməliyyat Türkiyə-Rusiya birgə əməliyyatı kimi həyata keçirilsə, yəni bu gün sülhməramlıların cavabdehlik zonasında türk əsgərləri ruslarla eyni hüquq və vəzifələrə sahib olsalar, problem yoxdur. Amma belə deyil. Söhbət yalnız Türkiyə və Rusiya hərbi təmsilçilərinin atəşkəsə nəzarət üzrə mərkəzdə təmsil olunmasından gedir. Bu mərkəz siyasi sahədə, yaxud sülhməramlı əməliyyatın idarə edilməsi ilə bağlı hər hansı səlahiyyəti olmayan texniki strukturdur.
Mərkəz texniki vasitələrlə, əsasən dron görüntüləri əsasında təmas xəttində monitorinq aparacaq. Türk əsgərləri fiziki olaraq ərazidə monitorinq aparmaq hüququna sahib olacaqmı?

Şahin CƏFƏRLİ
Hələ ki məlum deyil. (Rusiyanın buna razılıq verəcəyinə şübhəm var.)Azərbaycanda bir çoxlarının söylədiyi və mütləq əksəriyyət tərəfindən dəstəklənən ideya budur ki, əgər Türkiyə hərbçiləri sülhməramlı əməliyyata qatıla bilmirsə və ruslar Xankəndində istədikləri kimi davranmağa davam edəcəklərsə, onda Rusiyanı tarazlayacaq güc kimi mehmetcik gəlib təmas xətti boyunca Azərbaycan əsgərləri ilə bərabər düzülsün, Şuşada, Hadrutda və digər vacib istiqamətlərdə yerləşdirilsin. Yəni Rusiya ilə razılaşma olmadan Azərbaycan və Türkiyə ayrılıqda orada yeni bir status-kvo yaratsın, güc göstərsin. Bu fikir qulağa xoş gəlir və insanı rahatladır.
Amma belə bir addımın mümkün neqativ nəticələrini də soyuqqanlı şəkildə düşünməliyik.
– Birincisi, belə bir situasiyanın yaranması o deməkdir ki, biz Qarabağ torpaqlarının Rusiya və Türkiyə nüfuz zonalarına ayrılmasını qəbul edirik – təxminən II Dünya müharibəsindən sonrakı Berlin və Almaniya kimi… Qəbul etmiş oluruq ki, Rusiya ermənilərin, Türkiyə isə bizim himayəçimiz rolundadır və bu missiyanı qanuni şəkildə yerinə yetirirlər. Bu cür vəziyyət – Dağlıq Qarabağın parçalanmasını faktiki olaraq tanımağımız gələcəkdə Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə Azərbaycanın suverenlik hüquqlarının bərpasını daha da çətinləşdirər;
– İkincisi, Türkiyə hərbi qüvvələrini təmas xəttinə – Rusiya qüvvələrinin qarşısına yerləşdirməklə rəsmi səviyyədə bəyan etmiş oluruq ki, Moskvaya güvənmirik, hətta onu birbaşa təhdid kimi görürük. İctimaiyyət olaraq biz (əksəriyyət) doğrudan da bu fikirdəyik, amma dövlət səviyyəsində Rusiyaya qarşı bu cür güvənsizlik və şübhə nümayişi onunla dialoq və anlaşma imkanlarının azalması ilə nəticələnə bilər.
Bu soyuqlaşmanın hansı riskləri doğura biləcəyi məlumdur;
– Üçüncüsü, Türkiyə ordusunun tam təchizatlı olaraq Qarabağda yerləşdirilməsi və ruslar nə qədər ki, ordadır, onların da o müddətə ərazidə qalması bütün dünya tərəfindən ermənilərə real təhdid kimi qəbul ediləcək. Biz nə qədər əksini söyləsək də, dinləyən, inanan olmayacaq. Bu halda, Qərb də Rusiyanın buradakı hərbi mövcudluğunu dəstəkləmək zorunda qalacaq, sülhməramlı əməliyyat beynəlxalq legitimlik qazanacaq və daha da uzanması üçün əlavə əsaslar yaranmış olacaq. Hətta mümkündür ki, Rusiya nə vaxtsa çıxmaq istəsə belə, Qərb buna razı olmasın, xahiş eləsin ki, orda qalın və erməni əhalini qoruyun…
Reallıq budur ki, Qarabağ məsələsində Rusiya ilə razılaşmadan, ona meydan oxuyacaq tərzdə addımlar atmaq minalanmış sahəyə girməyə bərabər hərəkət olar.
Bütün bunlarla bərabər məsələnin başqa, çox önəmli tərəfi də var ki, nədənsə, bizim insanlarımız tərəfindən nəzərdən qaçırılır:
– Türkiyə bizim (ictimaiyyət olaraq) burada ona biçdiyimiz rolda özünü görür, ya yox?
– Türkiyə dövləti Rusiya ilə əməkdaşlığa meyllidir, yoxsa sərt rəqabətə və konfrontasiyaya?
Mövzu barədə fikir yürüdən hər kəs bu suallar üzərində də düşünməlidir. Rusiya sülhməramlı qüvvələrinin Türkiyənin xəbəri olmadan bura gəldiyini düşünənlər yanılır. Sizcə, Türkiyənin bu qədər aktiv olduğu bir prosesin yekununda belə bir hal mümkün olardımı?
Məncə, yox. İstisna deyil ki, aralarında yazılı olmayan hansısa anlaşma, yaxud anlayış birliyi var. Bu anlaşma/qarşılıqlı anlayış dar bir bölgəni (məsələn, Cənubi Qafqazı və ya Suriyanı) əhatə edən qısamüddətli-taktiki xarakterli də ola bilər, daha geniş coğrafiyanı əhatə edən uzunmüddətli-strateji xarakterli də… (Bunu tamamilə bir fərziyyə kimi qeyd edirəm.)
İki dövlətin bir çox regionlarda üst-üstə düşməyən maraqları var, amma hər iki ölkənin lideri əsas etibarilə konstruktivliyə köklənib və maraqlar ayrılığından qaynaqlanan rəqabətin münasibətləri pozacaq şəkildə cərəyan etməsinə yol verməməyə çalışırlar.
Ümumiyyətlə, Türkiyədə heç bir qüvvə (iqtidar, müxalifət, ümumilikdə toplum) Rusiya ilə toqquşmağın, onunla əlaqələri pozmağın tərəfdarı deyil, bütövlükdə xarici siyasətdə əsassız radikallıq və aqressivlik türk xalqı tərəfindən dəstəklənmir. (Terrora qarşı mübarizə xaric.)
Əlbəttə, Azərbaycanın bu bölgədəki təhdidləri təkbaşına qarşılamaq imkanında olmadığını hamımız anladığımız üçün arzulayırıq ki, Türkiyə bizi öz qanadları altına alıb, xarici təzyiq və təhdidlərdən qorusun, ərazi bütövlüyümüzün təminatçısı rolunda çıxış etsin. Əslində bunun önündə hər hansı hüquqi əngəl yoxdur. 2010-cu ildə imzalanmış “Strateji ortaqlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin 1-ci və 2-ci maddələri buna tam imkan verir. Əgər hər hansı dövlət Azərbaycanı hədələyirsə, yaxud ölkəmizə qarşı sərt gücə əl atırsa, bu halda Türkiyə Azərbaycanın müraciəti əsasında hərbi müdaxilə etmək hüququna malikdir. (Yəqin heç kimə sirr deyil ki, yaydakı hərbi təlimlərdən bəri ölkəmizdə müəyyən sayda Türkiyə hərbçiləri qalıb.)Amma realist düşünməkdə yarar var. Biz Rusiya ilə münasibətləri normal səviyyədə saxlamağa çalışmalıyıq ki, o, Abxaziya və Cənubi Osetiya nümunələri əsasında institutlaşdırdığı sesessiya (ayrılıq) modeli və mexanizmini Qarabağda tətbiq etməsin.
Sonda bir mühüm məqamı da qeyd etmək istərdim: Təbii ki, biz Qarabaqda baş verənləri daim diqqət mərkəzində saxlamalıyıq, amma toplum olaraq gecə-gündüz, fasiləsiz rejimdə bütün diqqətimizin və enerjimizin təkcə bu istiqamətə yönəlməsi bizi digər önəmli hədəflərdən yayındıra bilər. Azərbaycan Ordusu müharibədə möhtəşəm qələbə qazanıb və işğaldakı ərazilərin böyük hissəsini azad edib. İndi problem daha kiçik ərazidə Rusiya tərəfindən konservasiya edilir. Amma bu hal Azərbaycanda köklü islahatlar keçirməyə, ölkəni dəyişməyə və inkişaf etdirməyə mane olmur. Biz Qarabağla bərabər digər problemlərimizi də qətiyyən unutmamalı və diqqətdən kənar qoymamalıyıq.
Mia.az
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub