Fazil Mustafa 190 manatlıq yardımın artırılmasını istədi, belə cavab aldı: "Əgər bu yardımlar gələn il də davam edərsə..."

img

28-12-2020 [12:23]


“Dövlət əhaliyə yaşayış minimumu həddində yardım edir. İndiyədək bu, 190 manat idi. İndi yaşayış minimumu 196 manat olacaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, yaşayış minimumuna uyğun bu yardımın da məbləği artırılsa, yaxşı olar.

Deputat Tahir Mirkişili bildirib ki, qəbul ediləcək qanun layihəsi 1 yanvarda qüvvəyə minəcək: “Əhalinin həssas təbəqəsinə edilən yardımlar hələ ki, 2020-ci ildə veriləcək. Əgər bu yardımlar gələn il də davam edərsə, bu məsələyə baxmaq olar”/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA