Maşın dərədəki çaya aşdı, müəllim faciəli şəkildə öldü - FOTO

img

26-12-2020 [17:15]


Lerikdə müəllim yol qəzasında dünyasını dəyişib.

Hadisə Lənkəran-Lerik yolunun Lerik rayonunun Günəşli kəndi ərazisində baş verib.

Belə ki, 1968-ci il təvəllüdlü Əliheydər Feyruz oğlu Eyvazov idarə etdiyi UAZ markalı avtomobillə idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərədəki çaya aşıb və qaya parçasına çırpılıb. Zərbənin gücündən yaralı sürücü çaya düşüb. Nəticəsində avtomobilin sürücüsü rayonun Durğan kənd sakini, kənddə müəllim işləyən Ə.Eyvazov dünyasını dəyişib.

Mərhumun meyidi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR