Azərbaycana qarşı hərbi cinayətlər törədən daha 14 erməniyə cinayət işi açılıb - SİYAHI

img

26-12-2020 [17:00]


Azərbaycana qarşı hərbi cinayətlər törədən daha 14 erməni barəsində cinayət işi başlanıb.

Mia.az APA-ya istinadla xəbər verir ki, Tonayan David Samveloviç, Qaro Karapetyan, Eduar Saakyan, Viktor Aleksandrov, Aleksnadr Anaxasyan, Andrey Aksuzyan, Seyran Kocamanyan, Armen Martoyan, Qareqin Xalycyan, Ruslan Peklivanyan, Armen Martoyan, Sipan Mouradian, Ardas Oksuzyan və Qalust Trapizonyan barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100-cü (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 114-cü (Muzdluluq), 120-ci (qəsdən adam öldürmə), 186-cı (başqasının əmlakı məhv etmə), 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işləri başlanıb. Onlarla bağlı həbs qərarının verilməsi üçün təqdimatlar Nəsimi rayon Məhkəməsinə göndərilib.

Məhkəmə həmin şəxslər barəsində qiyabi həbs qətimkan tədbiri seçib.


Digər xəbərlər
SON XƏBƏRLƏR