Mədəniyyət Mərkəzindən oğurluq edən şəxs tutulub

img

26-12-2020 [14:55]


Bərdə rayonu ərazisində inşa edilən Mədəniyyət Mərkəzindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-dən 25-dək olan müddətdə rayon ərazisində inşa edilən Mədəniyyət Mərkəzindən 27 600 manat dəyərində armatur oğurlanmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş V.Quliyev saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR