“Nar+” tətbiqi ilə müştəri xidməti cibinizdə!

img

25-12-2020 [17:30]


Azərbaycanda tətbiq edilən sərt karantin rejimi müddətində “Nar” abunəçiləri evdən çıxmadan mobil hesablarını “Nar+” tətbiqi ilə müstəqil idarə edə bilərlər.

Şirkətdən Mia.az-a bildirilib ki, tətbiq vasitəsilə abunəçilər izahlı qaiməni dərhal və rahatlıqla əldə edə, balansını artıra və yoxlaya, hesabına nəzarət edə, ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə bilərlər. Tətbiq eyni anda vahid platforma üzərindən bir kliklə 5-dək hesabı idarə etməyə də imkan verir. Bundan başqa “Nar+” tətbiqinin onlayn çat xidməti müştəri xidməti funksiyasını yerinə yetirərək bütün sorğuları operativ şəkildə cavablandırır.

Qeyd edək ki, “Nar+” tətbiqini “AppStore” və “PlayStore”dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA