Gürcüstanda 16 yaşlı azərbaycanlı qızı qaçıran 3 gənc saxlanılıb

img

25-12-2020 [10:58]


Gürcüstanın Laqodexi bələdiyyəsində 16 yaşlı azərbaycanlı qızı qaçırmaqda ittiham olunan üç gənc saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, 1999, 1991 və 1995-ci il təvəllüdlü şəxslər bu ilin dekabrın 21-də Qaracala kəndində 2004-cü il təvəllüdlü qızı evlənmək məqsədilə qaçırıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin qanunsuz olaraq yeniyetməni azadlıqdan məhrum etmə maddəsi üzrə istintaq aparılır. Saxlanılan gəncləri 7 ildən 10 ilədək həbs gözləyir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR