Bakıda qadın külli miqdarda narkotiklə tutuldu

img

24-12-2020 [13:32]


Bakıda qadında külli miqdarda narkotik vasitə aşkarlanıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini P.Əliyeva saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kq heroin, 870 qram metamfetamin, Yasamal rayonunun Ə.Əhmədov küçəsindəki evindən isə 3 kq 709 qram heroin, 2 kq artıq metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR