Gürcüstanda 16 yaşlı azərbaycanlı qız qaçırılıb

img

24-12-2020 [11:27]


Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində qaçırılan 16 yaşlı qız tapılıb.

Mia.az Report-a istinadla xəbər verir ki, polis yeniyetməni üç gün ərzində axtarıb.

Müəyyən olunub ki, qız evə qayıdarkən bir neçə şəxs tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Hazırda polis bölməsində 21 yaşlı gənc və yeniyetmə qız dindirilir.

Faktla bağlı istintaq qanunsuz olaraq azadlıqdan məhrum etmə maddəsi üzrə aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR