Qəbələ sakinlərində silah aşkarlanıb

img

24-12-2020 [10:42]


Qəbələ sakinlərində müvafiq sənədləri olmayan silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Mirzəbəyli kənd sakinləri - H.Sədullayev, R.İsgəndərov və S.Məmmədovun hərəsindən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR