Ceyhun Bayramov Avropa İttifaqının rəsmisi ilə müzakirə aparıb

img

23-12-2020 [21:00]


Dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, telefon danışığı zamanı C.Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqsədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı olaraq ölkəmizin Aİ ilə əməkdaşlığı, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər habelə digər qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA