Daha bir COVİD-19 xəstəsi yolda saxlanıldı

img

23-12-2020 [15:22]


Mingəçevirdə karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmaq istəyən KİA markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun koronavirus xəstəsi olduğunu müəyyən ediblər.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, sürücü, Ağdam rayon sakini Füzuli Əliyev COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və Mingəçevir şəhərinə daxil olmaq istəyib.

Əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.

F.Əliyev barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA