Maliyyə naziri: "Gələn il 42 şəhər və rayon xərclərini öz gəlirləri hesabına ödəyəcək"

img

23-12-2020 [12:32]


“Cənab Prezidentin tapşırığına əsasən, dövlət büdcəsinin sosialyönümlülüyünə növbəti ildə də nail olunub. Sosial xərclərin xüsusi çəkisi dövlət büdcəsində 38,9 faiz təşkil edəcək”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, 806 milyon manat məbləğində yerli gəlir gözlənilir: “Gələn ildə də öz gəlirləri hesabına xərclərini təmin edən şəhər və rayonların sayı isə 42-yə çatacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA