İCRA BAŞÇISI YOLKA QURDURDU, CAMAAT ETİRAZ ETDİ - Video

img

23-12-2020 [10:51]


Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə şəhər ərazisində yolka quraşdırlması sakinlərin etirazına səbəb olub.

Məlumata görə, İcra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə şəhərin mərkəzi küçələrindən birində yolka quraşdırılır.

Bu zaman bir neçə yerli sakin İcra aparatının əməkdaşlarına yaxınlaşaraq yolkanın quraşdırlmasına etiraz ediblər.

Sakinlər bildiriliblər ki, yolkanın quraşdırılması Vətən müharibəsində canından və qanından keçən şəhidlərin ruhuna hörmətsizlikdir. Daha sonra yolkanı quraşdıran şəxslər sakinlərə deyiblər ki, yolkadan şəhidlərin şəkillərini asacaqlar.

Bu sözdən sonra sakinlərlə yolka quraşdırlanlar arasında mübahisə yaranıb. Sakinlər yolka quraşdırlanların - "yolkadan şəhidlərin şəkillərini asacağıq" deməsini şəhidləri əla salmaq məqsədi ilə deyildiyini iddia ediblər/Report

.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA