“ADA Tarix Yazır” layihəsi çərçivəsində onlayn mükafatlandırma tədbiri keçiriləcək

img

22-12-2020 [18:48]


24 dekabr 2020-ci il tarixində ADA Universitetinin təşəbbüsü olan “ADA Tarix Yazır” layihəsi çərçivəsində onlayn mükafatlandırma tədbiri keçiriləcək.

Bu barədə ADA-dan Mia.az-a verilən məlumata görə, tədbir zamanı “ADA Tarix Yazır” bloqunda paylaşılmış ən yaxşı məzmunlar mükafatlandırılacaq.

Noyabrın 5-dən istifadəyə verilən bloqda yerli və xarici iştirakçılar tərəfindən göndərilən müxtəlif formatlarda hekayələr əksini tapıb. Həmin hekayələr ərazi bütövlüyümüz uğrunda xalqımızın birgə yazdığı mübarizə və həmrəylik tarixini əks etdirir.

Tədbirdə Qiymətləndirmə Komitəsi tərəfindən bloqda yayımlanan hekayə, müsahibə, mahnı, şeir, poster, rəqəmsal görüntü, bloq postu və “Arzum Qarabağ” kateqoriyası üzrə göndərilən yazılar mükafatlandırılacaq. Bundan əlavə, ADA müəllimləri tərəfindən göndərilən hekayələr də nominasiya üzrə mükafata layiq görüləcək. Hazırda nominasiyalar üzrə seçim və qiymətləndirmə prosesi davam edir.

“Layihə psixoloji gərginlik dövründə tələbələrin enerjilərini müsbət yöndə istifadə etmələrinə, baş verən yenilikləri daha yaxından izləmələrinə və bir sözlə, onların Qarabağ ətrafında cərəyan edən tarixi hadisələrin bir hissəsinə çevrilmələrinə imkan verdi.

Layihə onlara Qarabağ mövzusunda dərindən araşdırma və müşahidə aparmaq, mövzu ətrafında düşünmək, hisslərini ifadə etmək və paylaşmaq fürsəti təqdim etdi. Onları rəqabətə deyil, əməkdaşlığa ilhamlandırdı”, - deyə ADA Universitetinin akademik işlər üzrə prorektoru və layihənin təşəbbüskarı Dr. Vəfa Kazdal bildirib.

Tezliklə geniş ictimaiyyətə mükafatlandırılan iştirakçılar barədə ətraflı məlumat veriləcək.

Hekayələri “ADA Tarix Yazır” bloqunda oxuya bilərsiniz:

Layihə barədə daha ətraflı: https://bit.ly/37ognAK


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA