Nazirlik rəsmisi: "Başqa xarici dil və digər fənlər də milli qiymətləndirməyə cəlb oluna bilər”

img

21-12-2020 [16:29]


“Valideynlər məktəbdaxili milli qiymətləndirmə zamanı övladlarına kömək etməyə çalışmamalıdırlar. Çünki bu, real nəticələri görməyimizə mane olur, eyni zamanda, şagirdin şəxsiyyət kimi formalaşmasında problemlər yaradır”.

Bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə “Virtual məktəb”də IV, VI və IX sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmənin nəticələrinin müzakirəsi zamanı deyib.

Nazirlik rəsmisi qeyd edib ki, qiymətləndirmə zamanı kənar təsirlərin olmaması üçün sistem təkmilləşdirilməlidir: “Təbii ki, bu da müəyyən vaxt aparacaq. Gələcəkdə başqa xarici dil və digər fənlər də milli qiymətləndirməyə cəlb oluna bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA