Ağdaşda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkarlanıb

img

21-12-2020 [15:25]


Ağdaş şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində Tamerlan Allahverdiyevin qanunsuz olaraq çayxana işlətdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 15 müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib.

İcarədar T.Allahverdiyev və müştərilər RPŞ-nə dəvət olunub. Onların barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA