Cəlilabadda dəfn mərasimində iştirak edən COVİD-19 xəstəsinə cinayət işi açılıb

img

21-12-2020 [11:37]


Cəlilabad rayonunda dəfn mərasimində iştirak edən COVİD-19 daşıyıcısı barədə cinayət işi başlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilən, buna baxmayaraq, yaşayış yerini tərk edən daha bir aktiv koronavirus xəstəsi müəyyən edilib.

Cəlilabad şəhər sakini E. Verdiyevin COVID-19 virusunun daşıyıcısı olduğunu bildiyi halda tanışının dəfn mərasimində iştirak etdiyi məlum olub. Karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etməmək barədə dəfələrlə edilən xəbərdarlıqlara riayət etməyən, bununla da virusun daha çox yayılmasına şərait yaradan həmin şəxsin bu əməli polis əməkdaşları tərəfindən aşkarlanıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

E. Verdiyev barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA