Azərbaycanda karantin rejimini pozan vəzifəli şəxslərin sayı məlum olub

img

18-12-2020 [15:31]


Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyətə cəlb edilən vəzifəli şəxslərin sayı açıqlanıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov bildirib ki, son 10 ayda 785 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.

Onun sözlərinə görə, bu rəqəm martın 14-dən dekabrın 14-dək olan dövrü əhatə edir. Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) tələblərini pozmaqda günahkar biliniblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA