Qazax rayonunda şəhid dəfn edilib

img

17-12-2020 [16:44]


Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 1995-ci il təvəllüdlü Kərimov Kamil Ələddin oğlu Qazax rayonunda dəfn edilib.

Məlumata görə, dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

K.Kərimov Qazaxın Ürkməzli kənd qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olan K.Kərimov Vətən müharibəsi dövründə Murovdağ istiqamətində qəhrəmancasına döyüşüb.

Döyüşlərin başladığı ilk günlərdən ailəsinin Kamildən məlumatı olmayıb. Dünən onun şəhid olduğu məlum olub/Report.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA