Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

img

17-12-2020 [12:50]


Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun Bum qəsəbə sakini Tural Yaqubovun virusun yayılmasına şərait yaratdığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan T.Yaqubova xəbərdarlıq edilməsinə baxmayaraq o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs ictimai məkanda hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

T.Yaqubov barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA