ABŞ-ın Florida ştatında Azərbaycan məktəbi yaradılıb

img

16-12-2020 [15:24]


ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Vətən" həftəsonu Azərbaycan məktəbi təsis edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, məqsəd – Azərbaycan dilinin təbliği, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərə doğma dilimizin, mədəniyyətimizin və tariximizin öyrədilməsidir.

Pandemiya ilə bağlı mövcud tələblərə uyğun olaraq, məktəbin təntənəli açılış mərasimi virtual formatda baş tutub. Artıq Azərbaycan dili dərslərinin onlayn tədrisi başlayıb. Dərslər xüsusi hazırlanmış proqram üzrə peşəkar təlimçilər tərəfindən aparılır.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərslərdə, ilk olaraq, uşaqlara Azərbaycan əlifbası öyrədilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA