Yevlaxda toy məclisi təşkil edən şəxslər cərimələndi

img

16-12-2020 [14:28]


Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Marzılı və Hacı Mahmudlu kəndlərində fərdi yaşayış evlərində toy məclisi təşkil edən şəxslər müəyyən ediliblər.

Xüsusi karantin rejimi qaydalarını pozan toy məclislərinin təşkilatçıları olan 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA