Biləsuvarda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanıldı

img

15-12-2020 [15:55]


Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Biləsuvar rayon sakini M.Bəşirliyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə əsasən, ev şəraitində müalicə təyin edilib və ona yaşayış yerini tərk etməməsi tapşırılıb

Lakin Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə saxlanılaraq yaşadığı ünvana geri qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA