Gələn ildə neft profisiti 0,6 milyard barelə çata bilər

img

15-12-2020 [14:59]


Qlobal neft bazarı 2021-ci ilə 2019-cu ilin sonundakı səviyyəyə nisbətən 625 milyon barel izafi ehtiyat ilə daxil ola bilər.

Bu barədə Beynəlxalq Energetika Agentliyinin (BEA) dekabr hesabatında deyilir.

Agentliyin ekspertlərinin hesablamalarına görə, Çində istehlak tempi neytral qalsa, bazar bu ehtiyatların 183 milyon barelini mənimsəyə və iyul ayına qədər kəsirə gedəcək.

BEA qlobal neft tələbinin OPEC+ ölkələrinin hasilatı azaltmaq üzrə yeni mexanizm barədə razılığa gəldiyi aprel ayında gözləniləndən daha yavaş bərpa olacağını düşünür.

Bundan əlavə, Liviyada neft istehsalı artmaqdadır və bu həcmlərin də bazarda yer tapmaq lazımdır.

“Bu səbəbdən OPEC+in yanvar ayından etibarən neft hasilatını əvvəlcədən planlaşdırıldığından daha yumşaq artırmaqla bağlı qərarı neft bazarının hələ də kövrək olduğunu və diqqətli tənzimləmə tələb etdiyini göstərir”, - agentlikdən bildiriblər./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR